Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 6-cı turun son 9 görüşü bu gün keçirilib.
C Liqasının 1-ci qrupunda Azərbaycan yığması İsveçin qonağı olub.
0:6 hesabı ilə uduzan yığmamız qrupu 1 xalla sonuncu pillədə başa vurub və C liqasında ən pis nəticə göstərən 2 komandadan biri kimi birbaşa D liqasına yuvarlanıb.
Türkiyə səfərdə Monteneqro ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:3 hesabı ilə məğlub olub və B Liqasının 4-cü qrupunu 2-ci pillədə bitirib. Bununla da Türkiyə yığması A Liqasına vəsiqəni əldən verib.
Həmçinin bu gün Almaniya Macarıstanla heç-heçə edib, Gürcüstan isə Çexiyaya uduzub.
A Liqası, 3-cü qrup
23:45 Bosniya və Herseqovina – Niderland - 1:1
Qollar: Demiroviç, 67 - Brobbi, 24
23:45 Macarıstan – Almaniya - 1:1
Qollar: Soboslai, 90+9-pen. - Nmexa, 76
Xallar: Almaniya – 14, Niderland – 9, Macarıstan – 6, Bosniya və Herseqovina – 2
B Liqası, 1-ci qrup
23:45 Albaniya – Ukrayna - 1:2
Qollar: Bayrami, 75-pen. - Zinçenko, 5, Yaremçuk, 10
23:45 Çexiya – Gürcüstan - 2:1
Qollar: Sulç, 3, Xlozek, 24 - Mikautadze, 60
Xallar: Çexiya – 11, Ukrayna – 8, Gürcüstan – 7, Albaniya – 7.
4-cü qrup
23:45 Monteneqro – Türkiyə - 3:1
Qollar: Kristoviç, 29, 45, 73 - Kenan Yıldız, 37
23:45 Uels – İslandiya - 4:1
Qollar: Kallen, 32, 45+1, Conson, 65, Uilson, 79 - Qudconsen, 7
Xallar: Uels – 12, Türkiyə – 11, İslandiya – 7, Monteneqro – 3
C Liqası, 1-ci qrup
23:45 Slovakiya – Estoniya - 1:0
Qol: Streleç, 72
23:45 İsveç – Azərbaycan - 6:0
Qollar: Kluşevski, 10, 57, Qtökereş, 26, 37, 58, 70
Xallar: İsveç – 16, Slovakiya – 13, Estoniya – 4, Azərbaycan – 1
D Liqası, 2-ci qrup
23:45 Malta – Andorra - 0:0
Xallar: Moldova – 9, Malta – 7, Andorra – 1