EN

37 min il əvvəl pişiklər belə görünüb - FOTO

Sibirya buzlaqlarında 37 min il əvvəl yaşamış "Qılınc Dişli" pişik balasının mumiyası tapılıb.

Milli.Az ntv-yə istinadla xəbər verir ki, kəskin soyuğun və buzun qoruduğu qədim heyvanın tükləri və bığları, keçən onminlərlə ilə baxmayaraq, bu günə qədər pozulmayıb. Mütəxəssislər, balanın müasir şir balalarına bənzədiyini bildirirlər.

"Qılınc Dişli" pişiyin enli boynu və geniş pəncələri onun bugünkü pişiklərdən çox vəhşi heyvanlara oxşadığını göstərir. Nəsli minillər əvvəl kəsilən bu növün mumiyalanmış vəziyyətdə tapılması, arxeologiya tarixində bir ilk kimi qiymətləndirilir. Əvvəllər sadəcə fosilləri və sümükləri aşkar edilən bu heyvanın mumiyası, elm dünyasında böyük maraq doğurub.

Alimlər pişiyin tüklərinin yumşaqlığını heyrətlə qarşılayıblar. Eyni zamanda, mumiyanın bu heyvanların çənə quruluşu ilə bağlı uzun müddətdir davam edən elmi mübahisələrə son qoyduğu qeyd edilir.

Fotolar professor Alexey V. Lopatin tərəfindən çəkilib.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Chosen
15
1
milli.az

2Sources