EN

COP for HOPE: Turizm məsələlərinin burada müzakirəsi COP29-un unikal cəhətidir - Çexiyalı nazir

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Çexiyanın Regional İnkişafnaziri Petr Kulhanekdir.

Müsahib Trend-ə açıqlamasında bildirib ki, bu COP-ununikal cəhəti ondan ibarətdir ki, turizm məsələləri bu il ilk dəfəolaraq COP29-a daxil edilib.

O, hələ danışıqların davam etməsindən və COP29-un unikalcəhətindən danışıb:

"Düşünürəm ki, bu COP-un unikal cəhəti ondan ibarətdir ki,turizm məsələləri bu il ilk dəfə olaraq COP29-a daxil edilib.Düşünürəm ki, bu, bütün ölkələr üçün birləşərək iqlim dəyişikliyimövzusunda turizmin davamlılığına diqqət yetirmək və qarşılıqlıəməkdaşlıq üçün əla bir fürsətdir. Danışıqlar davam edir. Buradadünyanın müxtəlif yerlərindən fərqli vəzifəli şəxslər təmsilolunurlar. Danışıqların müsbət və qarşılıqlı razılaşmalarlanəticələnməsi ilə bağlı ümidlərimiz var".

"Bakını görmək imkanım çox qısa idi. Sonrakı günlər görəcəyəm.Ona görə də indi başqa heç nə deyə bilmirəm. Çünki yalnız Bakınınmərkəzində, bulvarda olmuşam. Çox gözəl və möhtəşəmdir. Amma şəhərivə ətrafı bütünlüklə görmək istərdim", - deyə nazir qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
9
2
az.trend.az

3Sources