EN

DÇ-2026: Argentina qalib gəldi, Braziliya yenə xal itirdi

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 12-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.

Dünya çempionatının və Amerika Kubokunun sonuncu qalibi Argentina yığması doğma meydanda Peruya qalib gəlib.

Beşqat dünya çempionu Braziliya yəğması isə Uruqvayla ev oyununda 1 xalla kifayətlənib.

Dörd qolun vurulduğu Boliviya – Paraqvay matçında da qalib müəyyənləşməyib.

Ekvador Kolumbiyanı səfərdə, Çili isə Venesuelanı doğma meydanda məğlub edib.

Qeyd edək ki, 2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
11-ci tur
16 noyabr

Boliviya – Paraqvay 2:2
Qollar: Moreno, 15. Migelito, 80-pen – Almiron, 71. Enkiso, 90+1.

Braziliya – Uruqvay 1:1
Qollar: Jerson, 62 – F.Valverde, 55.

Argentina – Peru 1:0
Qol: L.Martines, 55.

Kolumbiya – Ekvador 0:1
Qol: E.Valensiya, 7.

Çili – Venesuela 4:2
Qollar: E.Varqas, 20. Rinkon, 29-öz qapısına. Kepeda, 38; 47 – Savarino, 13. R.Ramires, 22.

Xallar: Argentina – 25. Uruqvay – 20. Ekvador – 19. Kolumbiya – 19. Braziliya – 18. Paraqvay – 17. Boliviya – 13. Venesuela – 12. Çili – 9. Peru – 7.

Chosen
13
arena.az

1Sources