EN

"Cari ildə də dövlət əsaslı vəsait qoyuluşu..." - Palata sədri

2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirəsi zamanı deyib.

O bildirib ki, cari ildə də dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var:

“Təhlillərimiz dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında cari ildə də müəyyən problemlərin olduğunu deməyə əsas verir. Cari ilin doqquz ayında bu istiqamətdə illik proqnozun 47,7 faizi icra edilib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 38 sifarişçi üzrə 360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub. 2024-cü ilin 9 ayında 19 sifarişçi üzrə icrası 25 faizdən aşağı olan 130 layihəyə illik nəzərdə tutulan 494,7 milyon manat vəsaitə qarşı icra 6,9 milyon manat və ya 1,4 faiz təşkil edib.

Bu layihələrin tərkibində 19 sifarişçi üzrə 108 layihənin maliyyələşməsi üçün illik nəzərdə tutulmuş 404,4 milyon manata qarşı 9 ayda, ümumiyyətlə, icra olunmayıb”.


Müəllif: Şəbnəm Zahir
Chosen
7
8
teleqraf.com

10Sources