EN

Braziliyalı aparıcı G20 sammitində Baydeni Bin Ladenlə səhv saldı- ÖZƏL

Olaylar.az xəbər veeie ki, Braziliyanın tanınmış televiziya aparıcısı Ana Maria Braga, G20 sammitində ölkə liderlərinin gəlişi barədə danışarkən ABŞ prezidenti Cozef Baydeni, terrorçu "Əl-Qaidə" qruplaşmasının lideri Usama bin Ladenlə səhv salıb.

Braga, Braziliyada Canal Gov kanalında efirdə çıxış edərək, "Fransa prezidenti Emmanuel Makronla bir sıra protokol şəkilləri çəkdik, həmçinin ABŞ-dən bin Ladenlə dostcasına əl sıxdıq" - deyə bildirib. Aparıcının bu səhvini kolleqası jurnalist Luru Jozé düzəltsə də, Braga, "Mən dəli olmuşam" deyərək, səhvini etiraf edib.

G20 sammiti 18-19 noyabr tarixlərində Rio-de-Janeyroda keçirilib. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edib və sammitin nəticələrini müsbət qiymətləndirib. Lavrov, bu il Qərbin dünya liderləri toplantısının gündəmini Ukrayna məsələsi ilə əlaqələndirməyə çalışsa da, bu məqsədinə nail ola bilmədiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
30
olaylar.az

1Sources