EN

Bir milyon dollarlıq bilet

Formula 1 təqviminə keçən il daxil edilməsinə baxmayaraq, Las-Veqas Qran Prisi artıq mövsümün ən həyəcanlı mərhələlərindən birinə çevrilib. Söhbət təkcə şəhərin gecə vaxtı bərq vuran işıqlarından deyil, həm də biletlərin qiymətindən gedir. Bu il VIP paketin qiyməti bir milyon ABŞ dollarıdır.

Bu qiymətə bilet lüks otel “Fontainebleau Las Vegas” və “Aston Martin” tərəfindən satılır. Biletə VIP paketin alıcısı və onun beş qonağı üçün şəxsi təyyarə ilə Las-Veqasa uçuş təşkil olunacaq. Onlar hava limanından “Aston Martin” tərəfindən “Fleur de Lis Chateau” kurortuna aparılacaq və yarış həftəsonu orada qalacaqlar. Biletə həmçinin, kurortdakı restoranında 20 min dollar dəyərində şam yeməyi, Las-Veqasdakı LIV gecə klubunda VIP masa və 20 min dollarlıq yemək və içki depoziti daxildir.

Təbii ki, paketin tərkibində “Fontainebleau Race Club” tribunasına yarışı izləmək üçün giriş də daxil edilib.

Nəhayət, bileti alan şəxsə start qiyməti 434.000 dollar olan məhdud buraxılışlı “Aston Martin Vanquish” hədiyyə ediləcək.

Chosen
12
futbolinfo.az

1Sources