EN

Nazir Bakıda çağırış etdi: Ölkəmiz ciddi təhdid altındadır!

Maldiv adaları iqlim dəyişikliyinin təsirlərindən ciddi təhdid altındadır.

Axar.az xəbər verir ki, bunu Maldivin iqlim dəyişikliyi, ətraf mühit və energetika naziri Thoriq İbrahim COP29 çərçivəsində keçirilən Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə bildirib.

“Dəniz səviyyəsinin yüksəlməsi aşağı səviyyəli adalarımıza ciddi təhlükə yaradır. Ekstremal hava hadisələrinin artması infrastruktura zərbə vurur və turizm fəaliyyətini pozur. Okean sularının isinməsi mərcan riflərinin ağarmasına səbəb olaraq, rəngarəng dəniz həyatını təhlükə altına qoyur. Bu çətinliklərə qarşı turizm sənayemizi qorumaq və uyğunlaşdırmaq üçün qətiyyətli tədbirlər görməliyik”, - o deyib.

Nazir təbii fəlakətlərin qarşısını almaq üçün görülən addımlara da diqqət çəkib:

"Hazırda çimərlik eroziyasına qarşı müvəqqəti dəniz divarlarının inşası, çimərliklərin bərpası və sahil bitkilərinin qorunması tədbirləri həyata keçirilir. Yerli və ənənəvi biliklərin müasir texnologiyalarla birləşdirilməsi isə sahil bölgələrinin uzunmüddətli qorunmasını təmin edir".

Chosen
13
axar.az

1Sources