UEFA Millətlər Liqasının 6-cı turunda Monteneqroya məğlub olan Türkiyə yığmasının futbolçusu Arda Gülər oyundan sonra maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə bu barədə TRT məlumat yayıb. "Ay-ulduzlular"ın gənc yarımmüdafiəçi bunları söyləyib:
"Çox danışacaq şey yoxdur. Türkiyə xalqından üzr istəyirik. Avstriyaya məğlubiyyətə yaxşı reaksiya göstərib uğurlu qrafik cızmağı bacarmışdıq. İnşallah, yenə bunu təkrarlarıq. Martda pley-off oynayıb, A Liqasına vəsiqə qazanmağa çalışacağıq. Hakan Çalhanoğlu kimi əsas oyunçumuz oynamadı. O olsaydı, fərqli ola bilərdi. İndi alınmadı, hər kəsdən üzr istəyirik".