EN

Radikalları cilovlaya bilməyən İraq , İsraildən şikayətçidir

Bakı, TurkicWorld

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani, İraqın İran tərəfindən dəstəklənən şiə milislərinin İsrailə zərbələr endirməsi ilə bağlı İsrailin BMT Təhlükəsizlik Şurasına etdiyi şikayəti “İraqa hücum üçün bəhanə və arqument” və “bölgədə müharibəni genişləndirmək” kimi qiymətləndirib.

TurkicWorld ArabAz-a istinadən xəbər verir ki,İsrailin xarici işlər naziri Gideon Saar daha əvvəl “X” sosial şəbəkəsində Təhlükəsizlik Şurasına məktub göndərərək deyib ki, “İsrail özünü müdafiə etmək hüququna malikdir… və özünü və vətəndaşlarını davam edən hərbi əməliyyatlardan qorumaq üçün bütün lazımi tədbirləri görməlidir. İraqda İranın dəstəklədiyi milislər yəhudi dövləti ümün ciddi riskdir”.

“İraqda İslam Müqaviməti” kimi tanınan İraq milislərindən ibarət silahlı radikal şiə qrupu, Yaxın Şərqdə davam edən müharibələrdə HƏMAS və Hizbullah müttəfiqlərinə dəstək olaraq son aylarda mütəmadi olaraq İsraildəki hədəflərə pilotsuz təyyarələrlə zərbələr endirib.

İsrail XİN rəhbəri Saar, bəzi milislərin İran tərəfdarı olan Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsi olduğunu söyləyib.
Qeyd edək ki, texniki cəhətdən İraq ordusunun bir hissəsi olan, praktiki olaraq dövlət nəzarətindən kənarda fəaliyyət göstərən bu qruplar tam olaraq İrana bağlıdır.

Chosen
14
turkic.world

1Sources