EN

Şəhər nəqliyyatı daha ekoloji və əlçatan olmalıdır – UN-Habitat

Bakı. Trend:

Şəhər nəqliyyatı daha ekoloji və əlçatan olmalıdır.

Trend xəbər verir ki, bunuBMT-nin yaşayış məntəqələri Proqramının (un-Habitat) icraçıdirektoru Anaklaudiya Rossbax COP29 çərçivəsində keçirilən "Şəhərnəqliyyatının yaşıllaşdırılması" sessiyasında çıxış edərkənbildirib.

O vurğulayıb ki, nəqliyyat bu gün dünyada ən sürətlə artanemissiya mənbələrindən biridir və qətiyyətli tədbirlər görülməsə,bu tendensiya davam edəcək. 2050-ci ilə qədər nəqliyyatfəaliyyətinin ikiqat artacağı gözlənilir.

"Şəhərsalma tərəfdarı və UN-Habitat-ın icraçı direktoru olaraqəminəm ki, bu məsələnin həlli şəhərlərimizin transformasiyasındayatır", - deyə o bildirib.

A.Rossbaxın sözlərinə görə, bu məqsədə çatmaq üçün lazım olanalətlər artıq mövcuddur və yalnız kursu dəyişmək lazımdır. Bu,şəffaf siyasətin və ekoloji və sosial bərabərliyi nəzərə alaninvestisiya təşviqlərinin prioritetə çevrilməsi ilə mümkündür.

"Emissiyaların azaldılması şəhərlərimizdə hərəkətlilikyanaşmasını dəyişməyi tələb edir. İctimai nəqliyyat, piyadamarşrutları, velosiped yolları və birgə səfərlər elə rahat vəəlçatan olmalıdır ki, hətta mövcud avtomobil sürücüləri üçün dəüstün seçimə çevrilsin", - deyə o əlavə edib.

A.Rossbax həmçinin, əlçatan mənzil sahələrini iş yerləri vəxidmətlərlə birləşdirən çoxfunksiyalı və çoxmodal elektrikliictimai nəqliyyat sistemləri ilə sıx şəhər bölgələrinin inkişafınınvacibliyini vurğulayıb.

"Paratranzit sistemləri olan şəhərlər daha keyfiyyətli vəekoloji cəhətdən təmiz xidmətlər təmin etmək üçün şəbəkələrinmodernləşdirilməsinə dəstək almalıdırlar, bu xidmətlər isə hər kəsüçün əlçatan olmalıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
17
az.trend.az

1Sources