Rusiya prezidenti Vladimir Putin dəfələrlə Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu vurğulayıb.
Ucnoqta.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Reuters nəşri ilə bağlı keçirdiyi brifinqdə Putinlə ABŞ-ın gələcək prezidenti Donald Tramp arasında Ukrayna məsələlərinə dair mümkün təmasları şərh edib.
“Prezident həqiqətən dəfələrlə, daha doğrusu, daim təmaslara və danışıqlara hazır olduğunu bəyan edir”, - Kreml nümayəndəsi qeyd edib.
Rusiya Federasiyasının prezidenti Moskvanın Ukraynadakı vəziyyətlə bağlı danışıqlara hazır olduğunu dəfələrlə təsdiqləyib.