Bakı. Trend:
Dərinləşən iqlim böhranının aradan qaldırılması üçün qlobalkollektiv tədbirlər zəruridir.
Trend xəbər verir ki, bunuİslandiyanın Ətraf Mühit, Energetika və İqlim Nazirliyinin direktormüavini Helqa Bardadottir COP29 Sammitində çıxış edərkənbildirib.
O, 2024-cü ilin müşahidə tarixində ən isti il olacağı proqnozunuqeyd edərək, Paris Sazişi ilə müəyyən edilmiş 1,5°C temperaturhəddinin aşılmasının fəlakətli nəticələrinə diqqət çəkib.
"2024-cü ildə çox güman ki, 1,5°C həddini keçəcəyik və bu,kritik göstəricinin ilk dəfə aşılacağı il olacaq", — deyəH.Bardadottir bildirib.
O qeyd edib ki, bu istiləşmə səviyyəsinin planetimizə gətirdiyidəyişikliklər dağıdıcı xarakter daşıyır və son illərdə şahidiolduğumuz iqlimlə bağlı faciələr istiləşmənin davam etməsi ilə dahada güclənəcək.
Helqa Bardadottir Arktikanı nümunə göstərərək, buradaistiləşmənin dünya üzrə orta göstəricidən iki dəfə sürətlə başverdiyini vurğulayıb.
"Arktikada buzlaqların əriməsi, biomüxtəlifliyin itirilməsi vəyerli xalqların köçməsinə səbəb olacaq şərtlər müşahidə olunur", —deyə o qeyd edib.
O, bu icmaların hüquqlarının və iştirakının təmin edilməsininvacibliyini vurğulayıb, çünki onlar iqlim dəyişikliyinin zərərlitəsirləri ilə qarşılaşırlar.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.