EN

Zorla gözəllik oldu: Cənubi Afrika qovdu, Nigeriya sahib çıxdı - "Miss Universe"də nə baş verdi?

Gözəllik kraliçası Çidimma Adetşinanın builki "Miss Universe" müsabiqəsində ikinci yeri tutması nigeriyalılara təkcə qlobal gözəllik yarışmasında ən yüksək nəticə əldə etmə sevincini deyil, həm də qitədəki "əzəli rəqibləri" Cənubi Afrika üzərində nüfuzlu diplomatik qələbəni qeyd etmək imkanı verir. 

Qaynarinfo xəbər verir ki, Adetşina Meksikada keçirilən yarışmada danimarkalı Viktoriya Kyaer Teilviqdən sonra ikinci olub, həmçinin "Miss Universe Africa" və Okeaniya tacını qazanıb.

Bəs bu məsələnin diplomatik tərəfi haradadır? "Miss South Africa" (Cənubi Afrika Gözəli) yarışmasında iştirak edən Adetşina qalmaqallı şəkildə yarışmadan geri çəkilib. Onun bu yarışmada iştirak etməyinə razılıq verilsə də, anasına "Cənubi afrikalı bir qadının şəxsiyyət vəsiqəsini oğurlamaq"la bağlı ittiham irəli sürməsi hadisələri dəyişib. Adetşina avqust ayında yarışmadan çəkilməsini açıqlayaraq bunun səbəbi kimi özünü və ailəsini qorumaq istədiyini bildirib. Məsələ ilə bağlı Cənubi Afrika polisi tərəfindən açılmış cinayət işi araşdırılmağa davam edir.

"Miss Universe 2024"də danimarkalı Viktoriya Kyaer Teilviq yarışmanın qalibi seçilib. Nigeriya adından yarışan Adetşina (isə ikinci yeri tutaraq, 2019-cu ildə Cənubi Afrikalı Zozibini Tünzinin qələbəsindən sonra Afrika qitəsi üçün ən yüksək nəticəni əldə edib.
 


Nigeriyalı atası üzündən vətəndaşlığını şübhə altına alan cənubi afrikalılar tərəfindən həftələrlə davam edən zorakılıq və təzyiqlər nəticəsində hüquq fakültəsi tələbəsi olan 23 yaşlı Adetşina "Miss Universe Nigeria" yarışmasına dəvət olunub və dəvəti qəbul edən Adetşina müsabiqədə qalib gəlib.

O dövrdə şəxsi "Instagram" hesabında yazdığı açıqlamada belə deyib:

"Nigeriyaya: Göstərdiyiniz bütün dəstəyə görə sizə kifayət qədər təşəkkür edə bilmərəm. Ən pis vaxtlarımda məni ayağa qaldırdınız. Afrikaya: Sevginizi və dəstəyinizi göstərdiyiniz üçün təşəkkür edirik. Nigeriyanı nə qədər təmsil etsəm də, bütün Afrika mənim üçün mübarizə apardı".

"Miss Universe Nigeria" müsabiqəsinin təşkilatçısı və hüquq sahibi "Silverbird Group"un təsisçisi Ben Murray-Brüs sosial mediada yaz: "Siz hamımızı qürurlandırdınız. Sən bir ulduzsan".

Təbii ki, bəzi nigeriyalılar da bu qələbəni sosial mediada Cənubi afrikalıları ələ salmaq üçün fürsət hesab edirlər. İnsan haqları müdafiəçisi Rinu Oduala X-də yazıb: "Cənubi afrikalılar Çidimma Adetşina ilə təmsil olunmaq istəmədilər. Bəs görəsən, indi bütün qitəni təmsil edən "Miss Universe Africa" kimdir?".

Burada "əbədi rəqabət"i də qeyd etmək lazımdır. Cənubi Afrikalılar və Nigeriyalılar tez-tez hansı ölkənin "Afrika nəhəngi" olması üstündə şiddətli rəqabət aparırlar. İki ölkə iqtisadi ölçü də daxil olmaqla, bir çox meyarlara görə Sub-Sahara Afrikasında birinci yeri bölüşür. Mədəni təsir də burada çox vacib bir rəqabət sahəsidir.

Məsələn, bu il pop ulduz Tila fevral ayında "Water" adlı debüt mahnısı ilə ən yaxşı Afrika musiqisi performansına görə "Gremmi" qazananda Cənubi afrikalılar çox sevindi. Qələbə çox parlaq idi, çünki Tila bütün nigeriyalı namizədləri geridə qoyaraq bu kateqoriyada mükafatı qazandı.

Cəmi üç gün sonra Nigeriya Afrika Millətlər Kubokunun yarımfinalında Cənubi Afrikanı penaltilər seriyasında məğlub etdi və nigeriyalılar sosial medianı sanki fırtına ilə ələ keçirdilər.

Təəssüf ki, rəqabət bəzən şiddətə çevrilirir. Cənubi Afrika hökuməti 2019-cu ildə Yohannesburqda Nigeriya bizneslərini hədəf alan ksenofobik hücumlardan sonra üzr istəmək üçün Nigeriyaya xüsusi nümayəndə göndərmək məcburiyyətində qalıb.

Bu arada, Adetşinanın doğulduğu və ikili vətəndaşlığı olduğuna inandığı Cənubi Afrikaya qayıda bilməyəcəyi bəlli deyil. Keçən ay Cənubi Afrikanın Daxili İşlər Nazirliyi parlamentə Adetşinanın və anasının şəxsiyyətini təsdiq edən sənədlərin ləğv ediləcəyi barədə məlumat vermişdi.

Aydın
Chosen
15
3
qaynarinfo.az

4Sources