EN

Parlamentin əməkdaşına yeni vəzifə VERİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün bir sıra məhkəmələrə hakimlər təyin edilib.
Modern.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim təyin edilən Bəhruz Müslümov Milli Məclisin əməkdaşıdır.
Hüquqşünas 1991-ci ildə anadan olub. O, parlamentdə Milli Məclis Sədrinin müavininin köməkçisi vəzifəsini tutur.
Bəhruz Müslümov dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə malikdir.
Bəhruz Müslümov hüquqşünaslıq ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsini, Bakı Dövlət Universitetinin magistr və doktorantura pillələrini bitirib.
O, əvvəllər Müdafiə Nazirliyində hərbi hissə komandirinin köməkçisi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrini icra edən Bəhruz Müslümov daha sonra hüquq-mühafizə orqanlarında çalışıb. 2018-ci ildən Təhsil Nazirliyində (indiki Elm və Təhsil Nazirliyi - red.) sektor müdiri təyin olunub və Nazirlikdə bir sıra şuraların üzvlüyündə yer alıb. 2020-ci ildə Milli Məclisdə sədr müavinin köməkçisi olaraq fəaliyyətini davam etdirib, hazırda Parlamentin Rəhbərliyin Katibliyində çalışır. Dövlət qulluğunun müşaviridir.
Bakı Dövlət Universitetində və "SABAH" qruplarında cinayət hüququ fənnini tədris edib. "Bakı Dövlət Universitetinin 100 illik yubileyi" medalı ilə təltif edilib.
Chosen
18
50
oxu.az

10Sources