EN

Putin Mərkəzi Afrika Respublikasının prezidenti ilə danışıb

Rusiya prezidenti Vladimir Putin Mərkəzi Afrika Respublikasının (MR) prezidenti Faustin-Archange Tuadera ilə telefon danışığı aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə  Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, siyasi, ticari-iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli dostluq münasibətlərinin vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər terrorla mübarizəni də müzakirə ediblər. Rusiya prezidenti Moskvanın Banqiyə təhlükəsizliyini və iqtisadiyyatını gücləndirməyə kömək etməyə hazır olduğunu təsdiqləyib.

Chosen
24
ucnoqta.az

1Sources