EN

Peskov: Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir

Ukraynada münaqişənin dondurulması variantı bizim üçün qəbuledilməzdir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident dəfələrlə, daha doğrusu, mütəmadi olaraq təmaslara, danışıqlara hazır olduğunu bəyan edib. Putin bildirib ki, münaqişənin dondurulmasının istənilən variantı bizə uyğun deyil. Bizim üçün hamıya yaxşı məlum olan məqsədlərimizə çatmaq vacibdir", - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.

Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Krım körpüsünün təhlükəsizliyini təmin etməyi tapşırıb.

"Putin Krım körpüsü də daxil olmaqla, bütün vacib infrastruktur obyektlərinin təhlükəsizliyini təmin etməyi tapşırıb", - deyə Rusiya Prezidentini mətbuat katibi “Global Defence Corp” nəşrinin Qərbin uzaqmənzilli raketlərinin Kerç boğazının keçidinə mümkün hücumları barədə yaydığı məlumatı şərh edərkən deyib.

Chosen
9
5
marja.az

6Sources