EN

Trampla İlon Maskın dostluğu pozulur — Nə baş verir?

"İlin ən yaxşı dostları" adlandırılan Donald Tramp və İlon Mask arasında fikir ayrılıqları yaranıb.

Demokrat.az
Amerika mətbuatına istinadən xəbər verir ki, onlar birlikdə idman tədbirlərində iştirak edir, raket buraxılışlarını izləyir və Floridada tez-tez görüşürdülər. 

Hətta, Mask bürokratiya və dövlət xərclərini azaltmaq üçün yeni prezident təşəbbüsünün rəhbəri vəzifəsini də alıb. Bununla belə, milyarderlə ABŞ-ın gələcək prezidenti arasında dostluqda ilk "çatlar" yaranıb.

"Axios" portalının məlumatına görə, bu yaxınlarda İlan Mask və Trampın əsas müşaviri Boris Epşteyn arasında münaqişə baş verib. Səbəb isə Maskın tənqid etdiyi ədliyyə naziri postuna Mett Qeytsin seçilməsi olub. 

O, həmçinin Epşteynin Tramp üzərində təsirini şübhə altına alıb və kəskin cavab verub: Epşteyn Maska müzakirə olunan məsələləri başa düşmədiyini bildirib.

Bundan əlavə, Maskın davranışı Trampın komandasında narazılığa səbəb olur. 

"NBC News"un məlumatına görə, o, vitse-prezident kimi davrandığına və diqqəti cəlb etməyə çalışdığına görə tənqid edilir.

Trampın ilk qərarları əlavə gərginlik yaradır. Bu yaxınlarda o, Hovard Lutniki ticarət naziri vəzifəsinə irəli sürüb. Baxmayaraq ki, Mask onun üçün maliyyə naziri kimi lobbiçilik edib. Milyarder gələcək prezidentin avtomobil sənayesi üçün ekoloji qaydaları zəiflətmək və elektrikli avtomobillərin alınması üçün vergi güzəştlərini ləğv etmək planlarından daha çox üzülüb. Bu, xüsusilə ekoloji cəhətdən təmiz avtomobillərin istehsalına fokuslanan "Tesla"nı vura bilər.


Jalə
Demokrat.az
Chosen
22
demokrat.az

1Sources