EN

Rəsmi Moskva: "Hədəfə çatana qədər dayanmayacağıq"

"Ukraynada xüsusi əməliyyatın dondurulmasına yönəlmiş ssenarilər bizə uyğun deyil. Hamıya yaxşı məlum olan məqsədə çatmaq bizim üçün vacibdir. Hədəf çatana qədər dayanmayacağıq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri prezident Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bəyan etməsindən sonra münaqişənin dondurulma ehtimalına münasibətdə Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Moskvada jurnalistlərə söhbətində bildirib ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya piyada əleyhinə minalar vermələri haqda qərarının nə dərəcədə real olduğu bəlli deyil: "Lakin görünən odur ki, ABŞ-ın hazırkı rəhbərliyi qalan müddətdə müharibəni davam etdirməkdə tamamilə qərarlıdır. Lakin biz Qərb ölkələri ilə mümkün danışıqlara həmişə hazır olmuşuq. Bunu Putin tez-tez təkrar edib".

Zülfiyyə Mustafayev

MİA.AZ

Chosen
10
1
mia.az

2Sources