Millətlər Liqasın da daha bir mövsümü arxada qoyduq.
Bu dəfə Azərbaycan yığması turnirdə tarixinin ən acı nəticəsinə imza atdı.
Meydana çıxdığı 6 görüşdə aktivinə 1 xal yazdıran Fernandu Santuşun kollektivi yer aldığı qrupda sonuncu pilləni tutdu.
Bu, həm də növbəti mövsüm D Liqasında çıxış edəcəyimiz anlamına gəlir.
Görəsən, belə biabırçı mənzərəyə baxan azarkeşlər nəyin ətəyindən yapışıb sabaha ümid bəsləsinlər?
Sportinfo.az-a açıqlama verən millinin yarımmüdafiəçisi Coşqun Diniyev suala cavab verməkdə çətinlik çəkib:
"Vallah, bu suala mən cavab verə bilmərəm. Köklü dəyişikliklər olmalıdır.
Aşağı yaş qruplarından yaxşı uşaqlar gəlməlidir. 1998 və 2000 təvəllüdlü uşaqlardan sonra tək-tük yaxşı futbolçu çıxıb.
Mən artıq 30 yaşıma gəlmişəm. Bir çox oyunçumuz 30-32 yaşındadır. Aşağıdan futbolçu gəlmir".
XANOĞLAN