EN

"Güzəşt qərarları daha geniş dairələri əhatə etməlidir" - Ekspert

Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək.

Redaktor.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib ki, belə bir güzəşt növü Vergi Məcəlləsinə daxil edilmişdi, amma ötən ildən ləğv edildi:

Sahib

"İllik gəlirləri 200 min manatı keçməyən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz tutulan verginin 75 faizinə güzəşt nəzərdə tutulurdu. Bu, ötən ildən ləğv olundu və şərtlər qoyuldu ki, gərək üç tam ştatlı muzdlu işçi cəlb etsinlər. Yalnız bundan sonra onlar güzəştdən istifadə edə bilərlər. İndi bəzi kateqoriyalara münasibətdə onun təxirə salınması kimi başa düşmək olar. Amma mən hesab edirəm ki, bu qərar daha geniş dairələri əhatə etməlidir. Hər halda müəyyən kateqoriyalı belə güzəştlərin yenidən tətbiqini alqışlayıram".

Sevinc İBRAHİMZADƏ

Chosen
17
redaktor.az

1Sources