EN

“Bayraktar TB3” dünya aviasiya tarixinə düşdü

Fins.az - Türkiyənin istehsal etdiyi “Bayraktar TB3” silahlı pilotsuz uçuş aparatı (SİHA), dünya aviasiya tarixində bir ilkə imza atdı.

“TCG Anadolu” gəmisindən qısa uçuş-enmə zolağından enərək qalxan “Bayraktar TB3”, bu növ pilotsuz uçuş aparatları arasında gəmidən uçuş edən ilk model olaraq tarixə düşüb. Sınaq əməliyyatı müvəffəqiyyətlə başa çatıb və bu texnologiya, Türkiyənin hərbi sahədəki gücünü bir daha dünyaya nümayiş etdirib.

Yeni modelin daha uzun uçuş müddəti, yük daşıma qabiliyyəti və yüksək manevr xüsusiyyətləri ilə müasir döyüşlərdə geniş istifadə imkanları təmin etdiyi qeyd olunub.

Chosen
48
fins.az

1Sources