EN

Xaricdən alınan buğda UCUZLAŞDI - YENİ QİYMƏT

2024-cü ilin oktyabr ayında Azərbaycana idxal edilən ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 358,3 manat təşkil edib.

 

Sfera.az xəbər verir ki, sentyabrla müqayisədə oktyabrda idxal edilən buğdanın qiymətində azalma qeydə alınıb. Sentyabrda idxal edilən ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 363,58 manat idi. Bir ayda buğdanın qiyməti təxminən 5 manat azalıb.

 

Qeyd edək ki, Azərbaycan bu il 800 min tondan artıq buğda idxal edib.

 

Vasif

Sfera.az

Chosen
24
sfera.az

1Sources