Son vaxtlar kriptovalyuta bazarında aktiv proses gedir.
ABŞ-da prezident seçkiləri öncəsi 70 min dolların altında satılan ən yüksək bazar dəyərinə malik kriptovalyuta olan Bitcoin, Trampın seçkilərdə qalib gəlməsindən sonra qiymət rekordu olan 93 min dolları keçib.
Eyni dövrdə bir çox altkoin layihələri dəyər qazansa da, kriptovalyutaların ümumi bazar dəyəri yenidən 3 trilyon dolları keçib.
Donald Trampa məxsus şirkətin kriptovalyuta platforması Bakkt-ı almaq üçün danışıqlar aparması xəbəri kriptovalyuta bazarında həyəcan yaradıb. Həmçinin Trampın ABŞ-da yerləşən kriptovalyuta birjası Coinbase-in baş direktoru Brayan Armstronqla görüşəcəyi və ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) rəhbəri vəzifəsinə “kripto tərəfdarı” şəxsin təyin ediləcəyi də iddia edilir.
Nərgiz,
Sitat.info