EN

DÇ-2026: Azərbaycan millisi 4-cü səbətdə

2026-cı ildən keçiriləcək dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətləri bəlli olub.

Arena.az xəbər verir ki, 54 iştirakçı komanda 5 səbətə bölünüb.

Bunların dördündə 12, sonuncusunda 6 komanda yer alıb. Azərbaycan yığması 4-cü “12-liy”ə daxil edilib.

1-ci səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya;

2-ci səbət: Türkiyə, Ukrayna, Uels, İsveç, Serbiya, Macarıstan, Polşa, Yunanıstan, Rumıniya, Norveç, Çexiya, Slovakiya;

3-cü səbət: Şotlandiya, İsrail, Bosniya və Herseqovina, Sloveniya, Gürcüstan, İslandiya, İrlandiya, Albaniya, Monteneqro, Finlandiya, Şimali Makedoniya, Şimali İrlandiya;

4-cü səbət: Qazaxıstan, Kosovo, Bolqarıstan, Ermənistan, Belarus, Farer adaları, Kipr, Estoniya, Latviya, Lüksemburq, Azərbaycan, Litva;

5-ci səbət: Moldova, San Marino, Malta, Cəbəllütariq, Lixtenşteyn, Andorra.

54 komanda DÇ-2026-nın seçmə mərhələsində 12 qrupda mübarizə aparacaq. 6 qrupda beş, digər 6 qrupda dörd yığma çıxış edəcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcəklər. 2-ci yer sahibləri UEFA Millətlər Liqasından gələcək 4 komanda ilə pley-offda yarışacaq. Son 4 vəsiqə də burada sahibini tapacaq.

Qeyd edək ki, seçmə mərhələnin püşkatma mərasimi dekabrın 13-də İsveçrənin Sürix şəhərində baş tutacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yerin sahibləri pley-offda iştirak hüququ qazanacaqlar.

Chosen
14
7
arena.az

10Sources