EN

Norveçin şahzadəsinin böyük oğlu cinsi təcavüzdə şübhəli bilinərək saxlanılıb

Polis Norveçin vəliəhd şahzadəsi Mette-Maritin böyük oğlu Marius Borq Heybini saxlayıb. Dagbladet yazır ki, 27 yaşlı Heybi, "huşunu itirmiş və anlaqsız vəziyyətdə olan" bir şəxsə qarşı cinsi zorakılıqda şübhəli bilinir.

Söhbət avqustun 4-də baş verən hadisədən gedir. Heybi artıq istintaq çərçivəsində saxlanılıb, lakin sərbəst buraxılıb. Daha sonra o, təcavüz etdiyi şəxsə bədən xəsarəti yetirməkdə şübhəli bilinib.

İstintaqın şahzadənin oğlunun həbsi üçün müraciət edib-etməyəcəyi hələ məlum deyil.

Heybinin vəkili bildirib ki, müvəkkili nə cinsi zorakılıq, nə də ona qarşı irəli sürülən digər ittihamlarda günahını etiraf etmir.

Marius Borq Heybi Mette-Maritin əvvəlki münasibətdən olan oğludur. Mette-Marit 2001-ci ildə Norveç taxt-tacının varisi ilə evlənib. Bu evlilikdən onun daha iki övladı var.

Əziz Mustafa

Chosen
18
oxumeni.az

1Sources