EN

Fransalı sülhməramlılar Livanda hücuma məruz qaldı – Fransa XİN  

Fransa Xarici İşlər Nazirliyi bildirib ki, Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edən fransalı hərbçilərə hücum olub.

Musavat.com xəbər verir ki, nazirliyin məlumatına görə, hadisə 19 noyabrda baş verib və hücumda "Hizbullah" hərəkatının iştirak etdiyi güman edilir.

Raket atəşi nəticəsində UNIFIL-in tərkibində olan üç qanalı hərbçi yaralanıb.

Elə həmin gün fransız sülhməramlılarının da daxil olduğu digər UNIFIL patruluna atəş açıldığı bildirilib.

Fransa hücumları qəti şəkildə pisləyərək, Livanda sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Chosen
12
musavat.com

1Sources