Azərbaycan millisinin noyabrda keçirdiyi oyunların FİFA reytinqinə təsiri bəlli olub.
İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasının qrup mərhələsində keçirdiyi son iki matçda 3,10 xal itirib.
Buna evdə Estoniya (0:0), səfərdə İsveçrə (0:6) qarşı keçirilən görüşlər səbəb olub. Son FİFA reytinqində 1161,80 xala malik yığmamız növbəti cədvəldə 1158,70 xalla kifayətlənəcək.
Bu xal itkisi mövqe dəyişikliyi vəd etmir. Son siyahıda 118-ci olan millimizin mövqeyində qalacağı gözlənilir.
Qeyd edək ki, yığmaların FİFA reytinqi noyabrın 28-də açıqlanacaq.
Ä°dman.biz