EN

Türkiyədə daha iki bələdiyyə sədri həbs olunub - Məhkəmə qərar verdi

Türkiyədə daha iki bələdiyyə sədri həbs olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Tunceli və Ovacık bələdiyyə başçıları barədə həbs qərarı verilib.

Məlumata görə, terror təşkilatlarına üzv olmaq ittihamı ilə mühakimə olunan DEM Partiyasının üzvü, Tunceli Bələdiyyə sədri  Cevdet Konak və CHP-li Ovacık Bələdiyyə sədri Mustafa Sarıgül 6 il 3 ay həbs cəzasına məhkum olunublar: "Məhkəmə onların barəsindəki həbs qərarının qanuni qüvvəyə minənə qədər xaricə çıxışlarını da qadağan edib".

Firudin Səfərli
MİA.AZ

 

Chosen
17
17
mia.az

10Sources