EN

Hədəfimiz terrorsuz Türkiyədir -Ərdoğan

Bakı, TurkicWorld

Hədəfimiz Terrordan Azad Türkiyədir və bu məqsədə çatmaq üçün qətiyyətlə irəliləyirik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, G20 Liderlər Zirvəsi çərçivəsində Braziliyadan dönüşü zamanı təyyarədə jurnalistlərlə söhbətində bildirib.

Prezident, Türkiyənin terrorla mübarizə siyasətini vurğulayaraq, ölkədəki terror problemini birdəfəlik həll etmək üçün atılan qətiyyətli addımlardan bəhs edib.

Ərdoğan, terror təşkilatlarına qarşı həyata keçirilən hərbi və hüquqi əməliyyatların, o cümlədən sərhəd daxilində və xaricində aparılan strateji müdaxilələrin önəmini vurğulayıb. Milli İstihbarat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin son dövrlərdəki uğurlu əməliyyatları, terror təşkilatlarının fəaliyyətlərini əhəmiyyətli dərəcədə zəiflətmişdir.

Ərdoğan, həmçinin, beynəlxalq platformalarda terrorla mübarizədə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayaraq, digər ölkələrdən də daha güclü dəstək gözlədiklərini bildirib. Bu xüsusda, G20 Zirvəsinin Türkiyənin beynəlxalq terrorla mübarizə mövqeyini gücləndirmək üçün əhəmiyyətli bir fürsət olduğu qeyd edilib.

Türkiyə terror təşkilatlarına qarşı mübarizəni yalnız sərhəd daxilində deyil, regional səviyyədə də davam etdirir. Hökumət bu istiqamətdə Rusiya ilə intensiv danışıqlar apararaq Suriyadakı qeyri-sabitliyi aradan qaldırmağa çalışır. Hədəf, 30 kilometr dərinliyində təhlükəsizlik zonası yaradaraq bölgəni terror təhlükəsindən tamamilə azad etməkdir.

Ərdoğan sözlərində , "Cudidə, Qabarda və digər bölgələrdə terroru bitirdik, indi isə Suriya ilə bağlı təhlükəsizlik tədbirlərimizi davam etdirəcəyik." deyə bildirib.

Chosen
13
turkic.world

1Sources