EN

Fatma Mahmudova beyin infarktı keçirib

Xalq artisti Fatma Mahmudova beyin infarktı keçirib. 

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində məlumat yayıb.

Proqramın aparıcısı Aytəkin Mərdanova “Aylarla bunu gizlədib. Qızı Nigar deyir ki, anam telelfonla danışırdı, elə bildik gülür. Amma gördük rəngi dəyişdi, halı pisləşdi” sözlərini dilə gətirib.

Qızı İntizar isə aparıcının bu açıqlamasına “Çox qorxduq, sarsıntı keçirtdik. Allah heç bir övlada bunu yaşatmasın. Sağalması 6-7 ay çəkdi” fikirlərini ifadə edib.

F.Mahmudova səhhəti ilə bağlı “Həmin vəziyyətdə səhnəyə də, efirə də çıxdım. Heç kimə bildirmədim” açıqlamasını verib.

Chosen
19
22
olay.az

10Sources