İran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının artırılmasını dayandırmaq üçün ilkin tədbirlər görüb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi deyib: “İran 60% U-235-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının yığılmasının dayandırılmasına yönəlmiş hazırlıq tədbirlərini həyata keçirməyə başlayıb”. Qrossi bunu MAQATE İdarə Heyətində çıxışı zamanı bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az