EN

Tacikistanda “dövlət çevrilişi” məhkəməsi – Rahmon Rüstəmə yol açır?

Tacikistanda “dövlət çevrilişinə” cəhdlə bağlı səs-küylü məhkəmə prosesi gedir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müttəhimlər kürsüsündə səkkiz nüfuzlu şəxs var: siyasətçilər, hərbçilər, o cümlədən keçmiş xarici işlər naziri Homrahon Zarifi.

Bildirilir ki, bu iln yayından başlayan həbslər davam edir. Noyabrın 21-də Düşənbənin istintaq təcridxanasında bağlı qapılar arxasında keçirilən üçüncü məhkəmə iclası məxfi olacaq.

Ali Məhkəmənin mətbuat xidməti məxfiliyi əsas gətirərək şərh verməkdən imtina edib. Ekspertlərin fikrincə, Tacikistanda prezident Emomali Rahmona meydan oxuya biləcək sistemli və ya qeyri-sistemli müxalifət yoxdur.

Bir çox ehtimallar var ki, “dövlət çevrilişi” şou xarakterlidir və prezident Rahmonun hakimiyyəti oğlu Rüstəmə ötürmək yolunda potensial rəqibləri aradan qaldırmaq üçün hazırlanmış səhnədir. Rahmon varisi üçün meydanı təmizləyir.

Musavat.com

Chosen
11
musavat.com

1Sources