EN

Fransanın Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırıldı

Fransanın Azərbaycandakı səfiri təcili Xarici İşlər Nazirliyinə çağırılıb.

Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Çərçivə Konvensiyasının (COP29) keçiriləcək konfransını hədəf alan Fransa rəsmilərinin hərəkətləri və bəyanatları ilə əlaqədar Azərbaycan bu ölkənin Bakıdakı səfiri Ann Buayonu Xarici İşlər Nazirliyinə çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, onlar Fransa rəsmilərinin Bakının COP29-a ev sahibliyi etməsini ədalətsiz şəkildə tənqid etməsinin və boykot çağırışının qəbuledilməz olduğunu səfir Buayona çatdırıblar.

Bəyanatda həmçinin səfir Buayona çatdırılıb ki, Ermənistanı geniş miqyasda silahlandıran, militarizm və qisasçılığa təşviq edən Fransanın hərəkətləri sülh prosesinə zərbə vurub və Fransadan Azərbaycanı hədəf alan addımları dayandırmağı tələb edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
15
turkustan.az

1Sources