EN

ABŞ səfirliyi azərbaycanlı tələbələrin nailiyyətlərini qeyd etmək üçün tədbir keçirib (FOTO)

Bakı. Trend:

ABŞ-nin Azərbaycandakı səfirliyi azərbaycanlı tələbələrinnailiyyətlərini qeyd etmək məqsədilə tədbir təşkil edib.

Trend xəbər verir ki,SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) beşinci kurs tələbələriFatimə Məmmədova və Fərid Əliyev ABŞ Dövlət Departamentinin dəstəyiilə Cənubi Qafqaz ölkələri üçün “Ventures Well” tərəfindən təşkiledilmiş akselerasiya proqramının qalibləri olublar.

"Atəşgah" komandası tərkibində çıxış edən tələbələr Tbilisidəkeçirilən beş həftəlik proqramı uğurla başa vurublar.

Onların innovativ layihəsi günəş panellərinin soyudulmasınayönəlib və bu, bərpa olunan enerji sahəsində mühüm məsələninhəllini təklif edir. Proqram Azərbaycanda “Ventures Well”in yerlitərəfdaşı “SUP VC”nin dəstəyi ilə həyata keçirilib.

Səfirlikdə keçirilən tədbirdə digər tələbələrlə yanaşı, onlar daöz layihələrini təqdim edib və sual-cavab sessiyalarında iştirakediblər.

"Məlumdur ki, ABŞ-də təhsil almağa can atan azərbaycanlılar özarzularını gerçəkləşdirməkdə getdikcə daha böyük uğurlar əldəedirlər. ABŞ dünyanın hər yerindən tələbələr üçün ən cəlbedicitəhsil istiqaməti olaraq qalır. Ötən il ABŞ-də 210 ölkə vəregiondan 1,1 milyondan çox xarici tələbə təhsil alıb", - deyətədbirdə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bildirib.

Son məlumatlara əsasən, 2023-2024-cü tədris ilində ABŞ-də təhsilalan azərbaycanlı tələbələrin sayı 1130 nəfər təşkil edib ki, bu daəvvəlki illə müqayisədə 25,4 faiz artım deməkdir.

ABŞ beynəlxalq təhsil sahəsində lider olaraq qalır və birmilyondan çox xarici tələbəni qəbul edir. Beynəlxalq tələbəmobilliyi diplomatiyanın, innovasiyaların, iqtisadi inkişafın vəmilli təhlükəsizliyin gücləndirilməsində mühüm rol oynayır.

ABŞ
ABŞ
ABŞ
ABŞ
ABŞ
ABŞ
Chosen
9
az.trend.az

1Sources