EN

Vətən müharibəsi ilə bağlı filmlərin çəkilişinə ayrılan vəsait AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Vətən müharibəsi ilə əlaqədar filmlərin çəkilişinə ötən il 10 milyon manat ayrılsa da, müsabiqə nəticəsində cəmi 4.4 milyon manat 40 filmin çəkilişinə xərclənib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
O bildirib ki, həmin filmlərin çəkilişi ilin sonuna qədər davam edəcək:
"Xarici ölkələrlə birlikdə filmlərin çəkilişinə gəlincə, TÜRKSOY-un xətti ilə türk dünyasının ortaq filminin çəkilməsinə başlanıb. Bu, "Molla Nəsirəddin" filmidir və kommersiya əsaslı olacaq. 2023-cü ildə dövlət tərəfindən kommersiya əsaslı filmlərə də dəstək göstərilməsi qərara alınıb. Bu, sahədə inkişafa səbəb olacağını düşünürük".
Chosen
11
1
oxu.az

2Sources