EN

Yaxın zamanda Özbəkistan Azərbaycanla icazə sistemi tətbiq edəcək

Özbəkistan dünyada ilk dəfə Türkiyə ilə birlikdə icazə sistemi tətbiq edib. Biz bunu Qazaxıstanla da həyata keçirdik. Çox yaxın vaxtlarda Türkmənistan və Azərbaycanla da həyata keçirməyi planlaşdırırıq.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat nazirinin müavini Mamanbəy Ömərov COP29da "Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda nazirlərin iştirakı ilə dəyirmi masada çıxışında deyib.

Onun sözlərinə görə, icazə sistemini digər sərhəd ölkələrlə, eləcə də “E-icazə” sistemi ilə tətbiq edəcəklər.

“Hazırda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin, eyni zamanda, Trans-Əfqanıstan dəhlizinin tikintisi üzərində işlər aktiv davam edir. Düşünürəm ki, bütün bu marşrutlar Orta Dəhliz üçün əlavə həcm yaradacaq və onun şaxələndirilməsi üçün bir fürsətdir. Dəhlizin daha da inkişaf etdirilməsi və tranzit potensialının artırılması, sərhəddə keçidin sadələşdirilməsi üçün müasir üsulların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər davam edir”, - deyə nazir müavini bildirib.

Chosen
21
2
ikisahil.az

3Sources