EN

Ekspert Ukraynanın ATACMS raketlərinin nə vaxt tükənəcəyini açıqladı

Hərbi şərhçi David Axe Forbes-ə bildirib ki, Ukrayna qoşunlarının ATACMS raketləri yanvarın sonuna qədər tükənə bilər.

 

Oxu24.com xəbər  verir  ki, “Yanvarın sonunda  Ukraynada ATACMS qurtara bilər və yeni Tramp administrasiyası Amerikanın Kiyevə yardımını azalda və ya hətta dayandıra, habelə ukraynalıların Rusiyadakı hədəflərdə Amerika istehsalı olan silahlardan istifadəsinə icazəni ləğv edə bilər,"  - deyə  Axe bildirib.

O qeyd  edib ki, müharibə başlayandan bəri Vaşinqton Kiyevi 50-dən az raketlə təmin edə bilərdi və onlardan bəziləri artıq istifadə olunub. Bununla belə, Birləşmiş Ştatlar yeni ATACMS-lərin tədarükünə zəmanət vermir.

Bundan əvvəl hərbi analitik, “Vatfor” informasiya-analitik layihəsinin həmtəsisçisi Sergey Poletayev bəyan etmişdi ki, Rusiya Ukraynadan ATACMS uzaqmənzilli raketlərinin hücumlarına cavab olaraq nüvə silahından istifadə etməyəcək.

Bundan əvvəl Sirski cəbhədəki vəziyyəti Ukrayna Silahlı Qüvvələri üçün çox ağır adlandırmışdı.

 

Miri

 

Chosen
8
oxu24.com

1Sources