Kibertəhlükəsizlik müasir dövrdə dövlətlərin, özəl sektorun və fərdi şəxslərin rəqəmsal mühitdə təhlükəsiz fəaliyyətinin əsas şərtidir. Azərbaycanda bu sahə milli təhlükəsizlik prioritetlərindən biri kimi qəbul edilib. Qeyd edək ki, dövlət və özəl sektor arasında əməkdaşlıq, müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin mənimsənilməsi ölkədə kibertəhlükəsizliyin inkişafını təmin edən əsas amillərdir.
Kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, Azərbaycanda kibertəhlükəsizliyi təmin etmək üçün xüsusi hüquqi bazanın formalaşdırılması və daim təkmilləşdirilməsi davam etdirilir. O qeyd edib ki, Milli Kibertəhlükəsizlik Strategiyası (2019–2024) dövlətin bu sahədəki məqsədlərini və prioritetlərini müəyyən edir: "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun informasiya sistemlərinin və rəqəmsal infrastrukturun qorunmasını təmin edir. Şəxsi məlumatlar haqqında qanun isə  fərdi məlumatların qorunması məqsədilə hazırlanıb".
Müasir dövrdÉ™ AzÉ™rbaycanda kibertÉ™hlükÉ™sizliyi tÉ™min etmÉ™k üçün müasir texnoloji hÉ™llÉ™r geniÅŸ ÅŸÉ™kildÉ™ tÉ™tbiq edilir.Â
E. Atayev bildirib ki, dövlÉ™t vÉ™ özÉ™l sektor müxtÉ™lif tÉ™hlükÉ™sizlik sistemlÉ™rindÉ™n istifadÉ™ edÉ™rÉ™k rÉ™qÉ™msal infrastrukturun qorunmasını vÉ™ mÉ™lumatların mÉ™xfiliyini tÉ™min edir. Onun sözlÉ™rinÉ™ görÉ™, AzÉ™rbaycan kibertÉ™hlükÉ™sizlik sahÉ™sindÉ™ beynÉ™lxalq təşkilatlarla sıx É™mÉ™kdaÅŸlıq edir: "ITU vÉ™ FIRST kimi beynÉ™lxalq ÅŸÉ™bÉ™kÉ™lÉ™rdÉ™ iÅŸtirak ölkÉ™dÉ™ kibertÉ™hlükÉ™sizliyin güclÉ™ndirilmÉ™sindÉ™ mühüm rol oynayır vÉ™ eyni zamanda qonÅŸu ölkÉ™lÉ™rlÉ™ informasiya tÉ™hlükÉ™sizliyi sahÉ™sindÉ™ mÉ™lumat mübadilÉ™si hÉ™yata keçirilir. ElÉ™ bunun nÉ™ticÉ™sidir ki, BeynÉ™lxalq É™mÉ™kdaÅŸlıq çərçivÉ™sindÉ™ É™ldÉ™ olunan biliklÉ™r vÉ™ texnologiyalar AzÉ™rbaycanda kibertÉ™hlükÉ™sizlik sahÉ™sinin inkiÅŸafına mühüm töhfÉ™ verir".Â
Araşdırmalar göstərir ki, enerji, maliyyə və kommunikasiya sektoru kimi kritik infrastrukturların kibertəhlükəsizliyinin təmin olunması prioritet məsələlərdəndir. Ölkəmizdə hücumların operativ aşkarlanması və qarşısının alınması üçün təhlükəsizlik əməliyyat mərkəzləri fəaliyyət göstərir. Belə yanaşma strateji infrastrukturların davamlı fəaliyyətini və rəqəmsal təhlükəsizliyini təmin edir.
Havar Şəfiyeva