EN

İranda son 17 ildə ən çox edam bu ilin oktyabrında icra olunub

İranda oktyabr ayında 166 nəfər edam olunub.

“Report” “Voanews”a istinadən xəbər verir ki, məlumatı İran İnsan Hüquqları Təşkilatı yayıb.

Bildirilib ki, ölkədə 2007-ci ildən indiyədək ən çox edam hökmü bu ilin oktyabr ayında icra olunub.

Məlumata görə, 166 edamdan 20-si kütlə qarşısında icra olunub. Onların arasında 10-dan çox Əfqanıstan, Almaniya və İranın ikili vətəndaşı da var.

Təşkilatın açıqlamasına əsasən, bu ilin yanvar-oktyabr aylarında İranda ümumilikdə 651 nəfər edam olunub. 2023-cü il üzrə bu rəqəm 853 olub. Bu isə son səkkiz ildə ən yüksək göstəricidir.

Chosen
20
3
azpolitika.info

4Sources