EN

Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı – Yeni təyinat

  Milli Məclisin Aparatında növbəti kadr dəyişikliyi edilib.

Referans.az modern.az-a istinadən bildirir ki, Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Şahin Quliyev vəzifəsindən azad edilib.

O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi. Şahin Quliyev uzun illər Milli Məclis Aparatında fəaliyyət göstərib. İxtisasca hüquqşünas olan dövlət qulluqçusu Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
 
Məlumata görə, onun vəzifəsinə Nadir Sultanov gətirilib. O, 1974-cü ildə anadan olub. Beynəlxalq hüquq ixtisasına malik dövlət qulluqçusu əvvəllər İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb.  


Şahin Quliyev və Nadir Sultanov

Chosen
9
17
referans.az

10Sources