“Football-plus.az” xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Yon Dal Tomasson matçı və millisinin performansını belə şərh edib:
“Çox yaxşı oyun keçirdik. İstədiyimiz nəticəni əldə etdik. Amma hələ təkmilləşdirməli olduğumuz çox şey var. Meydanda gördükləriniz bacarıqlarımızın hamısı deyil. Hücum cəhdlərində daha aqressiv olmalıyıq. İşə başlayanda qarşımıza üç hədəf qoymuşuq: bir-birimizi tanımaq, önümüzdəki rəqiblərə qarşı iddialı oynamaq və istənilən rəqibə qarşı iddialı oynamaq. Artıq ilk iki məqsədimizə çatmışıq. Üçüncü hədəfimizi gələn il reallaşdıracağıq. Biz uğura həmişə acıq. Ən böyük zirvələri fəth etsək belə, ac olacağıq. Futbolçularım bir-biri ilə də rəqabət içindədi, nəinki rəqiblərlə... Azərbaycan üzərində parlaq qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm. Məncə, hələ heç nə etməmişik. Önümüzdə uzun yol var”.
KƏNAN BAHADIR