EN

QEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Onlayn formatda keçirilən iclasda çıxış edən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov 2025-2026-cı illərdə AQEM-ə Azərbaycanın sədrliyi dövründə təşkilat yanında İşgüzar Şuranın gündəliyindəki prioritet məsələlər barədə məlumat verib.

Qeyd edilib ki, əməkdaşlıq, innovasiya və dayanıqlı iqtisadi modellərə keçid vasitəsilə KOB-ların inkişafını stimullaşdıran dinamik platformanın yaradılması diqqət mərkəzində olacaq. Yaşıl iqtisadiyyata keçidin təşviqi, rəqəmsal transformasiya, e-ticarət və transsərhəd ticarətinin gücləndirilməsi, qadın sahibkarlığın inkişafı, dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində innovasiyaların dəstəklənməsi İşgüzar Şuranın prioritetləri sırasında olacaq. KOBİA-nın İşgüzar Şuraya sədrliyi dövründə həmçinin qarşılıqlı biznes missiyaların təşkili və B2B əlaqələrin genişləndirilməsi fəal şəkildə dəstəklənəcək.

AQEM-in Azərbaycanda keçiriləcək biznes forumu çərçivəsində sərginin təşkili də nəzərdə tutulur. Bu, üzv dövlətlərin bizneslərinə məhsul və xidmətlərini nümayiş etdirməklə regionda yeni əlaqələr qurmağa, ticarət və investisiya sahəsində əməkdaşlığı gücləndirməyə imkan verəcək.

İclasda KOBİA-nın nümayəndəsi Əmir Şirinbəyli Azərbaycanda reallaşdırılan yaşıl təşəbbüslər, Ticarət Şəbəkələri Assosiasiyasının sədri Samir Abdullayev isə KOB-ların dayanıqlı inkişafına dair məlumat veriblər.

025-2026-cı illərdə AQEM-ə Azərbaycanın sədrliyi dövründə İşgüzar Şuraya KOBİA sədrlik edəcək. AQEM yanında İşgüzar Şuraya sədrlik cari ilin dekabrından KOBİA-ya keçəcək.

Chosen
33
sia.az

1Sources