"Qarabağ"ın 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev Sportinfo.az-a açıqlama verib.
Azərbaycan millisinin veteran forvardı AFFA-nın təşkil etdiyi U-14 Liqasının növbəti turu çərçivəsində "Turan Tovuz"u məğlub etdikləri (1:0) qarşılaşmanın gedişində yaşanan qalmaqala aydınlıq gətirib:
"Futbolun içində olan şeylərdi. Bəli, etiraz etmişəm və hakim də qırmızı vərəqə verib. Bu barədə çox da danışmaq istəməzdim.
Onu deyə bilərəm ki, aşağı liqalarda problemlər çox olur.
Oyunlara komissar təyinatı yoxdur. Nəzarət aşağıdır. Bu səbəbdən də problemlər çox olur.
Fikrimcə, hakimlər də üzərlərində bir az işləsələr daha yaxşı olar".
Haqqında bəhs etdiyimiz oyunda Rauf Əliyev hakim qərarlarına sərt reaksiya verib. Davamında referi həm ona, həm də komandanın qapıçısına qırmızı vərəqə göstərib.
Yalnız hüquqi mühafizə orqanlarının əməkdaşları insidentə müdaxilə etməsindən sonra ara sakitləşib.
XANOĞLAN