EN

DYP-dən xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtobus zolağına daxil olan minik avtomobilləri ilə bağlı reyd keçirib.

Publika.az xəbər verir ki, tədbirlər zamanı həmin sürücülər saxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilib.

Qeyd edək ki, İdarə tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Chosen
9
12
publika.az

3Sources