“Football-plus.az” xəbər verir ki, o, Millətlər Liqasının 6-cı turu çərçivəsində keçirilən oyunu belə şərh edib:
“Təmiz qol vurdum, amma saymadılar. Belə səviyyəli turnirdə hakimlərin səhvə yol verməsi acınacaqlı haldı. Adam qəzəbindən alışıb-yanır. Ofsayd xətti düz çəkilmədi. Bugünkü idarəçilik indiyə qədər gördüklərimin ən pisi idi. Fasilədə həmin hakimlərə yaxınlaşdım və mübahisə etdim. Onlar məni çox əsəbləşdirdi. Çünki israrla qərarlarının yanlış olmadığını dedilər. Təəssüf ki, nəticəni dəyişə bilmərik. Məncə, həmin qol sayılsa, penaltini dəqiq yerinə yetirsəm, bayramımız daha ləzzətli olacaqdı. Çünki 8:0 hesablı qələbə qazana bilərdik. Yenə də qələbə qazandığımıza görə sevincliyik”.
KƏNAN BAHADIR