EN

Abxaziyada baş nazir Ankvabın istefası barədə fərman imzalanıb

Abxaziya prezidentinin səlahiyyətlərini icra edən Badra Qunba imzaladığı fərman ilə respublikanın baş naziri vəzifəsində çalışmış Aleksandr Ankvabı vəzifəsindən azad edib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, Ankvabın yerinə Valeri Bqanba təyin edilib.

“Abxaziya Respublikasının Baş naziri Ankvab Aleksandr Zolotinskoviçin istefasını qəbul edin. Abxaziya Respublikasının Nazirlər Kabinetinə öz səlahiyyətlərini həyata keçirmə tapşırılsın”, - sənəddə qeyd edilib.

Qeyd edək ki, noyabrın 19-da Abxaziyanın müxalifəti ilə hökuməti arasında aparılan danışıqlardan sonra ölkə prezidenti Aslan Bjania və respublikanın baş naziri Aleksandr Ankvabın istefaya getməsi barədə qərar qəbul olunub.  Həmçinin, tərəflər arasında razılaşmanın bir hissəsi olaraq, Badra Qunba prezident təyin edilib.

QAZİLER.AZ

Chosen
14
qaziler.az

1Sources