EN

COP29-un Yaşıl Zonasında turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda sessiya keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən COP29 konfransı çərçivəsində COP29 Sədrliyitərəfindən idarə edilən və geniş ictimaiyyətə xitab edən Yaşıl Zonaproqramı üzrə silsilə tədbirlərin təşkili davam edir. Belə kinoyabrın 20-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkətinövbəti tədbirini Azərbaycan Turizm Bürosu ilə birgə təşkiledib.

Trend xəbər verir ki,“Turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi: innovativ həllərvə gələcək addımlar” mövzusuna həsr olunmuş panel müzakirəsindədayanıqlı turizmin gələcəyi, eyni zamanda turizm sənayesininekoloji təsirini minimuma endirərək yerli iqtisadiyyatların vəmədəni irsin necə gücləndirilməsi və qorunması müzakirə olunub.

BMT-nin Ümumdünya Turizm Təşkilatının davamlı turizm vədayanıqlılıq üzrə proqram koordinatoru Virginia Fernandez-Trapanınmoderatorluğu ilə keçirilən panel müzakirəsində Dövlət TurizmAgentliyinin Turizm Siyasəti və Strategiyası şöbəsinin müdiri GünayBayramova, Braziliyanın Turizm Nazirliyinin Beynəlxalq ƏlaqələrDepartamentinin rəhbəri Heitor Kadri, “Iberostar Group” şirkətininqlobal dayanıqlılıq üzrə direktoru Erika Harms, “The TravelCorporation” şirkətinin dayanıqlılıq üzrə direktoru Şannon Gihan,Amerikalararası İnkişaf Bankının iqlim dəyişmələri əməliyyatlarıüzrə baş mütəxəssisi Emi Levis iştirak edib.

Turizm sahəsinin mütəxəssisləri olan panelistlər karbonemissiyalarını azaltmaq, bioloji müxtəlifliyi qorumaq və turizminhəm iqtisadi, həm də ekoloji cəhətdən dayanıqlı olmasını təminetmək üçün ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsiaparıblar. Müzakirə zamanı ekoturizm, yaşıl infrastruktur vəməsuliyyətli səyahət təcrübələri kimi innovativ yanaşmaların qlobalturizmin inkişafına töhfə verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, adıçəkilən panel müzakirəsi ilə yanaşı COP29 YaşılZonada gün ərzində dayanıqlı gələcək üçün şəhər infrastrukturununtəkmilləşdirilməsi, daha dayanıqlı, inklüziv və insan mərkəzlimühitlərin yaradılması, turizmin iqlim dayanıqlılığı və ekosisteminbərpasına töhfələri, inşaat sektorunun dekarbonizasiyası kimimövzuların müzakirəsində yerli və xarici ekspert qonaqlar iştirakedib.

COP29-un
COP29-un
COP29-un
Chosen
1
3
az.trend.az

4Sources