EN

Fransanın COP29 təxribatı mahiyyətcə BMT və bəşəriyyətin ekoloji təhlükəsizliyinə yönəlib

Məlum olduğu kimi, Fransanın Azərbaycandakı səfiri Ann Buayon noyabrın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı ona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib. Bəzi dövlət başçılarının COP29-a məhz Fransanın təşviqi ilə qatılmadığı, Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində Azərbaycanın sədrliyinin əsassız şəkildə tənqid edildiyi və bütün bunların qəbuledilməz olduğu da səfir Ann Buayonun diqqətinə çatdırılıb.

 

Şübhəsiz, Fransanın Azərbaycanla bağlı böhtan xarakterli təbliğatı, eləcə də, COP29 kimi mühüm, qlobal sammiti gözdən salmaq, digər dövlət başçılarının bu tədbirdə iştirakına mane olmaq cəhdləri qəbuledilməzdir və bu, rəsmi Parisin ölkəmizə dost olmayan münasibətindən xəbər verir. Lakin bir məqamı da unutmaq olmaz ki, Fransanın COP29-la bağlı istənilən təxribatı mahiyyət etibarı ilə BMT-yə, o cümlədən, bəşəriyyətin ekoloji təhlükəsizliyinə yönəlib. Çünki COP29 Azərbaycanın sədrliyi ilə Bakıda gerçəkləşəsə də, sözügedən sammit BMT-nin tədbiridir. Bu isə o deməkdir ki, Fransa COP29-la bağlı təxribatları ilə əslində BMT-ni hədəf alıb. Sammitin planetimizin xilasına – iqlim dəyişikliklərinə qarşı mübarizəyə hesablandığını nəzər alsaq, əminliklə demək olar ki, Parisin təxribatları həm də bəşəriyyətin ekoloji təhlkəsizliyini sarsıtmağa yönəlib.

 

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, rəsmi Paris COP29-la bağlı törətdiyi təxribatlara görə sadəcə Azərbaycan deyil, BMT və bütün bəşəriyyət qarşısında cavab verməlidir. Tarix qarşısında isə onsuz da cavab verəcək.

 

Seymur ƏLİYEV

 

Chosen
14
moderator.az

1Sources