Rusiya tərəfi Amerikanın BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qətnamə layihəsinə veto qoymasından şoka düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“ABŞ-ın fələstinlilərin və israillilərin həyatını xilas etmək üçün real səylərə veto qoymaq hüququndan istifadə etməsindən şokdayıq”,- deyə o bildirib.